Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 8 dəfədən çox azalıb
2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Gundelik.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 3,8 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 25 milyard 43 milyon ABŞ dolları ixracın, 24 milyard 380 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Son nəticədə xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 8,3 dəfə azdır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.