Azərbaycanın bank sektorunun xalis mənfəəti 6 %-ə yaxın artıb
Azərbaycanın bank sektoru bu ilin yanvar-fevral aylarında 189,7 milyon manat xalis mənfəət əldə edib. Gundelik.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,75 % çoxdur. 2 ay ərzində bankların əməliyyat gəlirləri 1 milyard 167,7 milyon manat (10,4 % çox), əməliyyat xərcləri 851,3 milyon manat (10 % çox), xüsusi ehtiyatlara ayırmaları 79,2 milyon manat (29,8 % çox), digər gəlirləri 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb), mənfəət vergisi ödəmələri isə 47,7 milyon manat (9,4 % çox) təşkil edib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.