Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 3 %-ə yaxın artıb
Bu ilin yanvar ayında Azərbaycanda xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 151 232 nəfər olub.
Gundelik.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % çoxdur.
Onların 114 358 nəfəri yaşa (illik müqayisədə 2,6 % çox), 14 112 nəfəri əlilliyə (0,7 % az), 22 762 nəfəri isə ailə başçısını itirməyə görə (5,2 % çox) pensiya alıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.