Azərbaycanda məşhur iş adamı həbsxanada öldü
Hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilərək həbs olunan iş adamı Vahid Xələfov vəfat edib.
Gundelik.az Teleqraf-a istinadla xəbər verir ki, o, oktyabrın 6-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müalicə müəssisəsində dünyasını dəyişib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vahid Xələfov 14 il müddətinə azadlıqdan mərhum edilmişdi.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Məhkəmə iş üzrə zərərçəmiş tərəf olaraq Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovu tanımışdı.
Vahid Xəlilova qarşı Cinayət Məcəlləsinin 182.4-cü (Hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.
O, “XP inşaat”, “EDM Qrup” və digər bir neçə şirkətin sahibi idi.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.