Azərbaycanda Məhərrəm ayı başlayıb
Bu gündən – iyunun 26-dan Azərbaycanda islam aləmində xüsusi əhəmiyyətə malik olan Məhərrəm ayı başlayıb.
Gundelik.az xəbər verir ki, Məhərrəm hicri-qəməri təqviminin ilk ayıdır və İmam Hüseynin (ə) və onunla birlikdə Kərbəlada şəhid olanların anım ayı kimi qeyd olunur.
Məhərrəm ayının ən önəmli günü sayılan Aşura günü isə iyulun 5-nə təsadüf edəcək. Həmin gün hicri təqvimi ilə 10 Məhərrəm adlanır və İmam Hüseynin (ə) Kərbəla çölündə şəhadətə çatdığı gündür, matəm və hüzn içində yad edilir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, 2025-ci ildə Məhərrəm ayı iyulun 25-də başa çatacaq.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.