Azərbaycanda gələn il dövlət büdcəsi 42 milyard manatdan çox olacaq

Azərbaycanda gələn il dövlət büdcəsi 42 milyard manatdan çox olacaq

2027-cı ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

Gundelik.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bunlar 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 1,6% və 1,7% çoxdur. Son nəticədə dövlət büdcəsində gələn il gözlənilən ümumi daxili məhsulun 2,2 %-i qədər və yaxud 3 milyard 166 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 2,3 % çoxdur.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.