Azərbaycanda bu nasos stansiyası əsaslı təmir olunacaq
“Ağalı” tərpənməz nasos stansiyasında əsaslı təmir işləri aparılacaq.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, söhbət 3 aqreqatlı “Ağalı” tərpənməz nasos stansiyasının təzyiqli boru xəttinin (D=630×7 mm, L=0,5 km) əsaslı təmirindən gedir.
Belə ki, artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətində müvafiq işlərə start verilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qurum sözügedən işlərin 185 min manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.