Azərbaycanda bu lizinq şirkətinin “mayası”ndan minlərlə manat geri götürüldü
“Ekolizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.
Gundelik.az xəbər verir ki, bu barədə MMC özü elan edib.
Belə ki, şirkət nizamnamə kapitalının 10 min manat məbləğdən 1 min manat məbləğə azaldığını bildirib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
“Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində öz tələblərini Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 31 ünvanına bildirə bilərlər”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, “Ekolizinq” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. MMC –nin qanuni təmsilçisi Bədirxanov Pərvin Etibar oğludur.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.