Azərbaycan XİN Rusiyaya BAŞSAĞLIĞI VERDİ
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amur vilayətində baş vermiş təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
Gundelik.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
“Rusiya Federasiyasının Amur vilayətində təyyarə qəzası nəticəsində insanların faciəli ölümü bizi dərindən kədərləndirdi. Ölənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – başsağlığında deyilir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, bu gün Rusiyanın Amur bölgəsində içərisində 49 nəfərin olduğu “An-24” təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 49 nəfərin hamısı həlak olub.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.