Azərbaycan XİN İrana başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib. Gundelik.az “Report”-a istinadən xəbər verir ki, bu burədə xarici siyasət idarəsinin şəxsi hesabında hesabında qeyd olunub. “İran İslam Respublikasının Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına, İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralananların tezliklə sağalmasına səmimi-qəlbdən ümid edirik”, – paylaşımda vurğulanıb.
Xatırladaq ki, İranın cənubundakı Bəndər-Abbas şəhərinin Şəhid Rəcai dəniz limanında baş vermiş hadisədə 20-yə yaxın insan ölüb.
Gundelik.az
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.