Azərbaycan xaricə gəmi satışından gəlirlərini kəskin artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycana 929 min ABŞ dolları dəyərində gəmilər, qayıqlar və üzən konstruksiyalar idxal olunub.
Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə, demək olar ki, eyni səviyyədə qalıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Hesabat dövründə sözügedən vasitələrin idxalı ölkənin ümumi idxalında 0,01% paya malik olub.
Eyni zamanda, cari ilin ilk 4 ayında Azərbaycandan 777 min ABŞ dolları dəyərində gəmilər, qayıqlar və üzən konstruksiyalar ixrac olunub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 764 min ABŞ dolları və ya 59,8 dəfə çoxdur.
Hesabat dövründə sözügedən vasitələrin ixracı ölkənin ümumi ixracında 0,01% paya sahib olub.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.