Azərbaycan və ABŞ minatəmizləmə sahəsində gələcək əməkdaşlığı müzakirə edib
Azərbaycan və ABŞ humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.
Bu barədə Gundelik.az-a Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Qeyd edilib ki, ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon ilə görüşüb. Görüşdə Azərbaycanın üzləşdiyi mina problemi və bu problemin aradan qaldırılması istiqamətində icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə təqdimat edilib.
Həmçinin ABŞ tərəfindən dəstək imkanları, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.