Azərbaycan sığorta bazarı 13% böyüyüb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta bazarı üzrə yığımlar 1 milyard 255 milyon 973 min manat təşkil edib.
Gundelik.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 12,8% çoxdur.
Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 772 milyon 602 min manat təşkil edib. Bu isə illik müqayisədə 24,1 % çoxdur.
Qeyd edək ki, hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,5 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 55,9 manat olub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.