Azərbaycan sərhədini pozan 20 əcnəbi saxlanılıb
Ötən ay dövlət sərhədini pozan 27 nəfər saxlanılıb.
Gundelik.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, onların 7-si Azərbaycan, 12-si Pakistan, 2-si İran, 1-i Əlcəzair, 1-i Özbəkistan, 1-i Almaniya, 1-i Türkiyə, 1-i Misir, 1-i Sudan vətəndaşı оlub.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 15 nəfər saxlanılıb.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 586 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.