Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilər
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bolqarıstanın xarici işlər naziri Velislava Petrova ilə görüşüb.
Gundelik.az XİN-ə istinadən xəbər verir ki, tərəflər strateji tərəfdaşlıq gündəliyini, o cümlədən, siyasi dialoq, enerji əməkdaşlığı, Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi, bərpaolunan enerji layihələri, həmçinin Orta Dəhliz vasitəsilə nəqliyyat və bağlantı məsələlərini müzakirə ediblər.
Nazirlər, eləcə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı və regional proseslər barədə fikir mübadiləsi aparıblar.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.