Azərbaycan Ordusunun qadın hərbçisi Kəlbəcərdə avtoqəzada ölüb
Aprelin 14-də səhər saatlarında məzuniyyətdə olarkən Azərbaycan Ordusunun qadın hərbi qulluqçusu Şahverdiyeva İlahə Rəsul qızı idarə etdiyi şəxsi avtomobilində hərəkət zamanı baş vermiş avtoqəzada vəfat edib.
Gundelik.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, qəza Kəlbəcər ərazisində baş verib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.