Azərbaycan nefti neçəyə satılır?
Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 0,07 ABŞ dolları və ya 0,07% ucuzlaşaraq 95,50 ABŞ dollarına enib.
Bu barədə Gundelik.az-a neft bazarındakı mənbə məlumat verib.
Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,06 dollar və ya 0,06% ucuzlaşaraq 92,69 ABŞ dolları təşkil edib.
“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,21 dollar və ya 0,32% azalaraq 65,04 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,23 dollar və ya 0,25% azalaraq 93,56 dollar/barel təşkil edib.
Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.