Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

İtaliyanın Augusta limanında Azərbaycanın “Azeri Light” markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,53 ABŞ dolları və ya 0,71% artaraq, 74,70 dollar/barel təşkil edib.

Bu barədə Gundelik.az-a neft bazarındakı mənbə məlumat verib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,52 dollar və ya 0,74% bahalaşaraq 73,46 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,12 dollar və ya 0,9% artaraq, 58,53 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,57 dollar və ya 0,81% artaraq, 71,30 dollar/barel təşkil edib.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Gundelik.az 

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.