Azərbaycan “Aİ-98” markalı benzini hansı ölkələrdən alır? – CƏDVƏL
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 3 ölkədən dəyəri 1,3 milyon ABŞ dolları olan 1043 ton mühərrik benzinləri, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 98 və ya daha çox oktan ədədi ilə (Aİ-98) benzin idxal edilib.
Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 344 min ABŞ dolları və ya 21,2%, həcm baxımından isə 281 ton və ya 21,2% azdır.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
2025-ci ilin ilk yeddi ayında Azərbaycanın “Aİ-98” markalı benzin aldığı ölkələr:
| Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) |
| Rusiya | 240,11 | 294,37 |
| Bolqarıstan | 295,15 | 361,85 |
| Rumıniya | 508,26 | 623,13 |
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.