AZCON-a “Azərkosmos”la bağlı yeni səlahiyyətlər verildi
Prezident İlham Əliyev “Kosmik Agentliyin (Azərkosmos) yaradılması haqqında” 27 aprel 2021-ci il tarixli fərmanında dəyişiklik edib.
Gundelik.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra “Azərkosmos”un İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi səlahiyyəti Agentliyi idarə edən Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON) məxsus olacaq.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Bundan başqa, “Azərkosmos” əməyin ödənişi fondunu və işçilərin əməkhaqlarını (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) AZCON-la razılaşdıracaq.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.