Avstraliya Hörmüz boğazının blokadasında iştirakdan imtina edib
Avstraliya ABŞ-nin Hörmüz boğazının blokadasında iştirak etməyi planlaşdırmır.
Gundelik.az-ın məlumatına görə, bu barədə Avstraliya xarici işlər nazirinin müavini Mett Tislveyt “Sky News Australia”ya müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, onun ölkəsi hesab edir ki, “uzunmüddətli sülhə nail olmağın və nəticədə avstraliyalılar üçün yanacaq qiymətlərini aşağı salmağın ən yaxşı yolu danışıqlardır”.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, aprelin 12-də Prezident Donald Tramp İranla əsas razılaşmaların pozulmasından sonra ABŞ-nin Hörmüz boğazını blokadaya alacağını açıqlayıb. ABŞ lideri Hərbi Dəniz Qüvvələrinə İrana rüsum ödəyən gəmiləri beynəlxalq sularda izləməyi və saxlamağı, həmçinin ərazidəki minaları təmizləməyi tapşırıb.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.