Arıqlamaq istəyənlər bu saatlara diqqət etsin:Metabolizmin gizli saatı açıldı, 8–10 saatlıq qidalanma pəncərəsi diqqət çəkdi
Çəkiyə nəzarətdə yalnız nə qədər və nə yediyimiz deyil, hansı saatlarda qidalandığımız da önəm daşıyır. 2026-cı ilin martında Current Nutrition Reports jurnalında dərc olunan elmi icmal göstərib ki, piylənməsi olan insanlarda gündəlik qidalanmanın 8–10 saatlıq zaman aralığında məhdudlaşdırılması metabolik sağlamlıq və uzunmüddətli davamlılıq baxımından diqqətçəkən nəticələr verir. Araşdırmalar xüsusilə qidalanmanın günün daha erkən saatlarına keçirilməsinin qlükoza mübadiləsi və insulinə həssaslıq baxımından üstünlük yarada biləcəyinə işarə edir.
Arıqlamaq üçün yalnız boşqabınızdakı qidaları dəyişdirmək kifayət etmir. Elmi dünyada getdikcə daha çox diqqət çəkən məlumatlar göstərir ki, süfrəyə hansı saatda oturduğumuz da metabolik sağlamlığın mühüm amillərindən biridir.
Bəs arıqlama pəhrizi saxlayarkən axşam sonuncu dəfə nə vaxt yemək yeməliyik? Mütəxəssis dietoloq Selahattin Dönmez Sabah qəzetindəki köşəsində bu mövzuya toxunub. Gəlin, piylənməsi olan insanlar üzərində aparılan araşdırmalar əsasında ən doğru elmi məlumatlara nəzər salaq.
Current Nutrition Reports jurnalının 2026-cı ilin mart sayında dərc olunan bir icmal qidalanma vaxtı ilə bağlı mühüm ipucları verir. Araşdırmada metabolik sağlamlığın bərpası baxımından gündüz 8–10 saatlıq qidalanma pəncərəsinin sağlamlıq üçün daha faydalı ola biləcəyi vurğulanır.
Kardiometabolik sağlamlıq baxımından gündüz qidalanmaq, gecə isə qida qəbuluna fasilə vermək faydalı yanaşma hesab olunur. Gecəlik qida fasiləsinin 8–12 saat olması ideal hesab edilir. Gecə qida qəbuluna fasilə vermək damarların daxili səthinin — endotelin funksiyasını yaxşılaşdıra və damar elastikliyinin qorunmasına kömək edir.
Gecəlik qida fasiləsinin azot oksidinin sintezini optimallaşdırdığı və ürək-damar sağlamlığının qorunmasına dəstək verdiyi bildirilir.
Əgər axşam yeməyi daha sərbəst olacaqsa, yəni porsiya nəzarəti olmadan yeyiləcəksə, bunu ən gec 18:00–19:00 arasında etmək tövsiyə olunur. Bu zaman qaraciyərdə trigliseridlərin və VLDL xolesterinin mübadiləsinə müsbət təsir göstərə, damarlarda aterosklerotik lövhələrin yaranması riskini azaldır.
Eyni müsbət təsiri porsiyaya nəzarət edilən, zülal, lif və sağlam yağlarla zəngin yeməyi saat 20:00-a qədər planlamaqla da əldə etmək mümkün olur. Bu, qaraciyərdə zərərli xolesterin və yağların mübadiləsinə kömək edir.
Gecə qida qəbuluna fasilə zamanı keton cisimcikləri yaranmağa başlayır. Ürək əzələsi keton cisimciklərindən enerji mənbəyi kimi səmərəli istifadə edə bilir. Buna görə də gecə 8–12 saatlıq qida fasiləsinin əhəmiyyətli olduğu vurğulanır.
Arıqlama pəhrizi saxlayarkən və ya sağlam qidalanarkən günə mütləq səhər yeməyi ilə başlamaq, yatmazdan ən azı 3–4 saat əvvəl qida qəbulunu dayandırmaq ən ideal yanaşmalardan biri hesab olunur.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az