Araşdırma: İki yaşından əvvəl şəkər qəbulunu məhdudlaşdırmaq beyin sağlamlığı ilə əlaqəli ola bilər
İngiltərədə aparılan araşdırma həyatın ilk iki ilində şəkər qəbulunun məhdudlaşdırılmasının sonrakı illərdə beyin sağlamlığının qorunmasına kömək edə biləcəyini ortaya qoyub.
Hong Kong Elm və Texnologiya Universitetinin alimləri araşdırma çərçivəsində İngiltərənin “Biobank” layihəsində qeydiyyatda olan təxminən 65 min insanın məlumatlarını təhlil ediblər.
Tədqiqat zamanı İngiltərədə şəkər məhdudiyyətinin başa çatması ilə insanların qidalanma vərdişlərində şəkər qəbulunun sürətlə artmasının təsiri araşdırılıb.
Nəticələrə görə, həyatının ilk iki ilində şəkər məhdudiyyəti tətbiq olunan şəxslərdə demensiya hallarının 23 faiz daha az olduğu müəyyən edilib. Həmçinin bu şəxslərə demensiya diaqnozunun orta hesabla 2,5 il daha gec qoyulduğu bildirilib.
Tədqiqatçı Jiazhen Zheng bildirib: “Nəticələrimiz göstərir ki, həyatın ən erkən dövrlərində şəkər qəbulunun məhdudlaşdırılması beyin sağlamlığı üçün uzunmüddətli faydalar təmin edir”.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az