Aktyor okeanda boğuldu
“Dexter” serialındakı rolu ilə tanınan amerikalı aktyor Malkolm-Camal Uorner dünyasını dəyişib.
Gundelik.az xəbər verir ki, 54 yaşlı aktyor Kosta-Rikada ailəsi ilə istirahətdə olarkən okeanda boğularaq ölüb. Onun meyiti çimərlik yaxınlığında tapılıb.
Qeyd edək ki, Uorner ilk dəfə 1982-ci ildə “Matt Hyuston” detektiv serialında rol alıb. O, “Kostyumlar”, “Amerika Dəhşət Hekayəsi” seriallarında və digər məşhur layihələrdə çəkilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.