Ağdamda tullantı su təmizləmə qurğusu tikiləcək – 53 milyon manatlıq LAYİHƏ
Azərbaycanın azad edilmiş ərazilərində bərpa-quruculuq, yenidənqurma işləri davam etdirilməkdədir.
Gundelik.az-ın məlumatına görə, bu işlərin davamı kimi Ağdam şəhərinin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədləri əsasında tullantı su təmizləmə qurğusu tikiləcək.
Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işlərə start verib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qurum hazırda sözügedən işləri icra edəcək şirkəti müəyyənləşdirməkdədir.
Eyni zamanda qurum görüləcək işlərin 53 290 298 manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.