Ağdamda açıq ərazidə yanğın başlayıb
Ağdam rayonunda açıq ərazidə yanğın hadisəsi başlayıb.
Gundelik.az-ın məlumatına görə, hadisə rayonun Xıdırlı kəndində qeydə alınıb.
Küləkli hava şəraiti ilə əlaqədar yanğın qısa müddətdə geniş əraziyə yayılıb. Yanğın artıq 10 hektardan çox ərazini əhatə edir.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları cəlb edilib, yanğının söndürülməsi və alovun daha geniş ərazilərə yayılmasının qarşısının alınması ilə bağlı tədbirlər görülür.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.