ADY 9 ayda ixracdan 1,5 milyon dollar gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,5 milyon ABŞ dolları dəyərində ixrac əməliyyatları aparıb.
Gundlik.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın oktyabr sayında bildirilib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 milyon ABŞ dolları və ya 5,6 dəfə çoxdur.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil edib.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.