ABŞ-də qocalar evində yanğın: ölənlər var
ABŞ-nin Massaçusets ştatında qocalar evində yanğın olub.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 9 nəfər ölüb.
Belə ki, Massaçusets yanğınsöndürmə bölməsinin məlumatına görə, hadisə yerli vaxtla ötən gün axşam saat 22:00 radələrində baş verib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Açıqlamada, təxminən 70 nəfərin yaşadığı obyektdə baş verən yanğının yanğınsöndürənlərin müdaxiləsi ilə söndürüldüyü, lakin 9 nəfərin həyatını itirdiyi paylaşılıb.
Bildirilib ki, yanğından xilas edilən obyektin bəzi sakinləri xəstəxanaya çatdırılıb, 5 yanğınsöndürən isə yüngül xəsarət alıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.