ABŞ bu ölkənin millisinin 5 futbolçusuna viza vermədi
ABŞ İraq millisinin 5 futbolçusuna dünya çempionatında iştirak üçün viza verməyib.
Gundelik.az xəbər verir ki, bu barədə İraq Futbol Federasiyasınnı rəsmisi Qalib əl-Zameli məlumat verib.
O bildirib ki, yığmanın oyunçuları – İbrahim Bayeş Mohanad Ali, Zaid Tahsin, Heydar Abdulkərim və Ali al-Hamadi vizadan məhrum olunub: “Onlar dünya çempionatında iştirak etməyəcək”.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Həmin oyunçulardan Ali al-Hamadi İngiltərənin “Luton Taun” klubunun üzvüdür.
İraq Futbol Federasiyası bununla bağlı FİFA-ya müraciət edib.
Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.