900 min manata yaxın borcu olan şirkət cərimələndi
“DEMİR AZ” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Gundelik.az yurd.media-ya istinadən xəbər verir ki, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi tərəfindən “DEMİR AZ” MMC-də yoxlama aparılıb.
Məlum olub ki, şirkət tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə auditi aparılmayıb.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib və iş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Məhkəmənin qərarı ilə “DEMİR AZ” 1500 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, “DEMİR AZ” MMC 2018-ci ildən fəaliyyət göstərir, direktoru Azər Əlizadədir. Cəmi 10 manat nizamnamə kapitalı olan şirkətin hazırda dövlətə 895 min manat vergi borcu var.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.