41 yaşlı mayor vəfat etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) sabiq vəzifəli şəxsi, mayor Fəxri Abbasov vəfat edib.
Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.
Bildirilib ki, o, uzun sürən qaraciyər serrozu xəstəliyi səbəbindən bu gün 41 yaşında dünyasını dəyişib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Məlumata görə, F.Abbasov bir neçə il əvvəl bu xəstəliyə yoluxub və səhhəti ilə əlaqədar olaraq təqaüdə çıxıb.
O, uzun müddət FHN-in Cənub Regional Mərkəzində, Dövlət Yanğın Nəzarəti Xidmətində və Cəlilabad rayon şöbəsində müxtəlif vəzifələrdə çalışıb.
Gundelik.az
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.