2 nəfər hərbi çağırışdan boyun qaçırdı – Cinayət işi açıldı
Hərbi çağırışdan boyun qaçıran şəxslər barəsində cinayət işi başlanıb.
Bu barədə Gundelik.az-a Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş materiallar üzrə araşdırma aparılıb.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Nəticədə iki çağırışçının tibbi müayinələrin nəticələrinə əsasən hərbi xidmətə yararlı hesab olunduqları halda, qanuni əsas olmadan növbəti hərbi çağırışdan boyun qaçırmaları faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Qeyd edilib ki, qanuni əsas olmadan hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində ciddi tədbirlər görüləcək.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.